Dünya

ABŞ və müttəfiqləri gələn həftə Rusiyaya qarşı “daha böyük” sanksiyalar paketinin tətbiqinə nail olmağa çalışır

ABŞ və müttəfiqləri Rusiyaya qarşı Putinin Ukraynaya hücumunun ildönümünə həsr olunmuş bir sıra yeni sanksiyalar tətbiq etməyi planlaşdırır, bu barədə cümə axşamı Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi bildirib.

“Ayın 24-də ABŞ və G7-dən olan bütün tərəfdaşlarımız tərəfindən yeni böyük sanksiyalar paketini görəcəksiniz”, deyə dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Dövlət Departamenti tərəfindən təşkil edilmiş onlayn-brifinqdə bildirib.

Müəyyən kateqoriyalar üzrə, xüsusən Rusiyanın müdafiə sənayesində yüksək texnoloji avadanlıqların və texnologiyaların məhdudlaşdırılmasına və bu müharibədə bilavasitə iştirak edənlərə və onu dəstəkləyənlərə qarşı yönəlmiş bu sanksiyalar dərinləşdiriləcək və genişləndiriləcək”, deyə o bildirib.

Yeni paket bank məhdudiyyətlərini də genişləndirəcək və üçüncü ölkələrdə mövcud sanksiyalardan yayınmalara son qoyacaq.

“Biz rusların kifayət qədər məharətli davranaraq, üçüncü ölkələr vasitəsilə noutbukdan və soyuducudan tutmuş hər şey idxal etdiklərini, daha sonra çiplərini və digər hissələrini söküb hərbi sənayedə istifadə etdiklərini görürük”, deyə o bildirib.

Fevralın 21-də Rusiyanın Ukraynaya hücumunun ildönümü ərəfəsində prezident Bayden Polşada çıxış edəcək və bütün işğal edilmiş ərazilərinin qaytarılması uğrunda mübarizədə Ukrayna xalqına dəstək ifadə edəcək, deyə Nuland bildirib.

Bənzər yazılar

Back to top button