Cəmiyyət

ANS PRESS fəaliyyətini bərpa etdi

2016-cı ildə qapadılan ANS kanalının ANSPRESS saytı yenidən fəaliyyətini bərpa edib.

AzToday.az xəbər verir ki, bu barədə ANS-in təsisçilərindən biri olan Seyfulla Mustafayev saytda məlumat yayıb.

Məlumatda deyilir ki, ANS Press portalı bu gündən ictimaiyyət üçün açılıb:

“Bir ildən artıqdır bu portal üzərində işləyirlər, bu günə qədər ancaq daxili istifadəçilər üçün fəaliyyət göstərirdik. Xəbər bu portalın bir hissəsidir. Radioya qulaq asa bilərsiniz, televiziya var, bloqlar var və s. “Yəni anspress portalı, hesab edirəm ki, unikal bir platforma kimi fəaliyyət göstərəcək. Məsələn, oxucularımız, tamaşaçılarımız, yaxud dinləyicilərimiz bir toxunuşla tvseans.com-a keçə bilərlər və ən məşhur filmlərə üç dildə tamaşa edə bilərlər. Yaxud radioda ən son hitlərə qulaq asa bilərlər. Televiziya youtube kanalımıza bağlanır, bütün verilişlərə baxa bilərsiniz.

Xeyirli və uğurlu olsun!”

Bənzər yazılar

Back to top button