Cəmiyyət

Elm adamları “poxmel”dən çıxmağn “düsturunu” yaratdı – Möcüzəvi vasitə

Elm adamları “poxmel”dən çıxmaq üçün möcüzəvi bir vasitənin “düsturunu” yaradıblar.

Qaynarinfo xəbər verir ki, bu “düstur”a görə, armud, lumu və hindistan cevizi suyundan hazırlanmış kokteyl narahatlığı aradan qaldırmağa kömək edir. Sadəcə, nisbətləri düzgün müəyyən etmək lazımdır.

Elm adamlarının dediyinə görə, antiparallel kokteyli 10% Hindistan cevizi suyu, 25% lumu suyu və 65% armud suyundan ibarətdir. Bundan əlavə, xiyar, pomidor və pendir istifadəsi əhvalın düzəlməsinə müsbət təsir göstərir. “Rossiyskaya qazeta” yazır ki, bu məhsulların hamısı bədənin alkoqoldan qurtulmasına kömək edən iki fermentin fəaliyyətini artırır.

Bununla yanaşı, alimlər “poxmel” zamanı səhvən istifadə olunan məhsulların olduğunu qeyd edirlər. Məsələn, qəhvə bu vəziyyəti uzadır, çay isə simptomları lap azca yüngülləşdirir.

Bundan əlavə, mütəxəssislər alkoqoldan sonra istifadə edilməsi lazım olan digər məhsulların siyahısını da açıqlayıb. Bu siyahıya fıstıq, yulaf, qarğıdalı, darı, ədviyyatlardan isə istiot, mixək, zoğal toxumu, muskat, darçın, həmçinin C vitamini və yumurta daxildir.

Bənzər yazılar

Back to top button