Siyasət

Moskva yenə Qərbi ATƏT-in Minsk Qrupunu dağıtmaqda ittiham edib

ATƏT-in Minsk Qrupu formatı hələ ötən ilin fevralında zibil qutusuna atılıb, bu barədə cümə günü keçirilən brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, həmin vaxt Amerika və Fransadan olan həmsədrlər uydurma bəhanə ilə rusiyalı həmkarları ilə əməkdaşlığı dayandırıblar.

“Buna hələ də aydın izah verilməyib. Bunu nəzərə alaraq, biz yüksək səviyyədə müvafiq razılaşmalar kompleksinə əsaslanaraq, diqqətimizi üçtərəfli formatlar çərçivəsində Yerevana və Bakıya kömək etmək üzərində cəmləşdirmişik, bunu dəfələrlə demişik və izah etmişik”, deyə RİA-Novosti Zaxarovadan sitat gətirir.

Rusiya tərəfi Moskvada Ermənistan və Azərbaycan XİN başçılarının görüşünü təşkil etməyə hazır olduğunu təsdiq edir və ölkələr arasında sülh sazişi bağlanması prosesinə kömək etməyə davam edir, deyə Zaxarova bildirib.

Bu kontekstdə bu yaxınlarda RF XİN-in xüsusi nümayəndəsi İqor Xovayevin Yerevana və Bakıya “faydalı” səfəri baş tutub. “Ermənistan və Azərbaycan tərəfləri RF-nin bu məsələdə vasitəçilikdə maraqlı olduqlarını təsdiq ediblər”, deyə o qeyd edib.

Bənzər yazılar

Back to top button