İdman

Zinəddin Zidan qayıdır: “Hər şey çox tez baş verə bilər”

2021-ci ilin mayında “Real Madrid”dən ayrılandan bəri məşqçi işi görməyən Zinəddin Zidan futbol fəaliyyətini bərpa etmək istədiyini deyib.

Fanat.az xəbər verir ki, “Le Figaro” hazırda Formula 1 komandası “Alpin”də səfir qismində çalışan 50 yaşlı Zizunun söylədiklərini belə çatdırıb:

“Sabah hansısa komandanın baş məşqçisi olsam, Formula 1-dəki işimi də davam etdirəcəyəm. Biz “Alpin”lə belə razılaşmışıq. Məşqçiliyə qayıtmaq planım dəyişməyib. İndi boş vaxtım var. Amma bunun nə qədər davam edəcəyini deyə bilmərəm. Ola bilsin ki, iyuna qədər boş vaxtım olacaq. Ancaq hər şey çox tez də baş verə bilər”.

Qeyd edək ki, son vaxtlar Zidanın PSJ-də Kristof Qaltyeni əvəzləyəcəyi barədə məlumatlar səngimir.

Bənzər yazılar

Back to top button