Cəmiyyət

Türkiyədəki zəlzələ bölgəsindən 565 Azərbaycan vətəndaşı təxliyə olunub

Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilməsi və onlara köməklik göstərilməsi istiqamətində işlər davam edir.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, zəlzələ baş vermiş gündən etibarən 565 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən təxliyə olunub.

Məlumatda deyilir ki, hazırda 2 nəfər Azərbaycan vətəndaşı haqqında məlumat yoxdur, onların axtarışları davam etdirilir.

“Aparılmış axtarış-xilasetmə tədbirləri nəticəsində bu günə qədər 10 Azərbaycan vətəndaşının zəlzələ nəticəsində həlak olduğu müəyyən edilib. Onlardan 1 nəfər Türkiyədə dəfn olunub, 9 nəfərin cənazəsi isə bütün zəruri proseduralar yerinə yetirilməklə, Türkiyədə olan yaxınlarının müşayiəti ilə Azərbaycana yola salınıb”, deyə Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunur.

Bənzər yazılar

Back to top button