GündəmManşetSiyasət

Münhen konfransında Əliyev və Paşinyan panel müzakirədə çıxış edəcəklər

Şənbə günü axşam yerli vaxtla saat 19:30-da Münhen Təhlükəsizlik Konfransında “Hərəkət edən dağlar? Cənubi Qafqazda təhlükəsizliyin təminatı” mövzusunda panel diskussiya olacaq.

Konfransın saytında bildirilir ki, bu müzakirədə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Gürcüstanın baş naziri İrakli Qaribaşvili və ATƏT-in baş katibi Helqa Mariya Şmidt iştirak edəcəklər.

Bu paneldə moderator Münhen Təhlükəsizlik Konfransının sədri Kristofer Heusgen olacaq.(Turan)

Bənzər yazılar

Back to top button