Gündəm

Rusiya sülhməramlılarının iki kolonu Qarabağa ərzaq və humanitar yardım gətirib

Fevralın 17-18-də Rusiya sülhməramlı qüvvələrinin iki avtomobil kolonu Ermənistandan Qarabağa humanitar yük gətirib. Bu barədə Rusiya sülhməramlı kontingentinin məlumatında deyilir.

Mənbəyə görə, Xankəndidə “humanitar aksiya keçirilib və bu aksiya çərçivəsində çoxuşaqlı ailələrə, əlil uşaqları olan ailələrə və Böyük Vətən Müharibəsi iştirakçılarına ərzaq məhsulları verilib”.

Bununla yanaşı, Ermənistan KİV-ləri Qarabağdan Ermənistana erməni xəstələrin aparıldığını bildiriblər. Onların ümumi sayı 100 nəfəri ötüb.

Laçın yolunda isə Azərbaycan vətəndaş cəmiyyəti fəallarının aksiyası davam edir. Aksiya iştirakçıları və rəsmi Bakı işarə edirlər ki, Qarabağ erməniləri Azərbaycanın bu region üzərində suverenliyini tanıyana qədər beynəlxalq təşkilatların “yolu açmaq” tələbləri yerinə yetirilməyəcək.(Turan)

Bənzər yazılar

Back to top button