Dünya

İtaliyada koronavirusdan ölənlərin sayı 8165 nəfərə çatdı

İtaliyada koronavirus pandemiyasının qurbanları sürətlə artır.

Qaynarinfo xəbər verir ki, son sutka ərzində ölkədə daha 662 nəfər virusun qurbanına çevirilib. Bununla da İtaliyada koronavirusdan ölənlərin 8165 nəfərə çatıb. Son gün ərzində daha 6153 nəfər virusa yoluxub.

Qeyd edək ki, İtaliyada ümumilikdə 80539 nəfər koronavirusa yoluxub. Onlardan 8165 nəfər ölüb, 10361 nəfər sağalıb. 62013 nəfər müalicə olunur ki, bunların da 3612 nəfərinin vəziyyəti ağırdır.

Bənzər yazılar

Back to top button