GündəmManşetSiyasət

Azərbaycan Qarabağ erməniləri ilə danışmağa hazırdır, amma oradan Vardanyan çıxarıldıqdan sonra

Azərbaycan Qarabağ erməniləri ilə əməkdaşlığa başlamağa hazırdır, lakin Ruben Vardanyan oradan uzaqlaşdırıldıqdan sonra. Bunu prezident İlham Əliyev fevralın 18-də Münhen Təhlükəsizlik Konfransının plenar iclasında çıxışı zamanı deyib.

“Biz bunu yalnız Rusiya vətəndaşı, çirkli pulların yuyulması əməliyyatlarında iştirak edən kriminal oliqarx Vardanyan Azərbaycan ərazisindən çıxarıldıqda edəcəyik”, – Əliyev deyib.

“Bu gün mən bunu ABŞ dövlət katibi Blinkenin qarşısında erməni həmkarıma da dedim”, – Əliyev vurğulayıb.

“Biz Qarabağdakı erməni azlığı ilə danışmağa hazırıq – lakin Rusiyadan ora ixrac edilənlərlə yox, Qarabağda doğulub yaşayanlarla. Ola bilsin ki, “ixrac edilib” sözü yetərincə düzgün deyil, daha doğrusu, gizli şəkildə ora göndərilib”, – deyə o, sözlərinə davam edib.

Əliyev hesab edir ki, Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşması və Bakı ilə Qarabağın erməni əhalisi arasında münasibətlərin qurulması bir yerdə həll edilməməlidir.

“Beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığının hüquq və təminatları müzakirə olunacaq. Biz buna hazırıq. Amma o erməni icmasının o nümayəndələri ilə ki, Qarabağda yaşamış, doğulmuş və bütün ömürlərini yaşamışlar.

Azərbaycan və Ermənistan nümayiş etdirməlidir ki, uzunmüddətli qarşılıqlı nifrət və düşmənçilik başa çatmalıdır”.

Sonda Əliyev beynəlxalq ictimaiyyəti “Dağlıq Qarabağ” ifadəsindən istifadə etməməyə çağırıb. Azərbaycanda belə bir inzibati vahid yoxdur.

“Tərəfdaşlarımızdan Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etməyi xahiş edirəm. Azərbaycanın Qarabağ bölgəsi var ki, orada erməni əhalisi yaşayır”.

Bənzər yazılar

Back to top button