ManşetSiyasət

Rəsmi Tehran Azərbaycan səfirliyinə qarşı terror aktına görə cavab verməlidir – İlham Əliyev

Azərbaycan rəhbəri İranın rəsmi dairələrini yanvarın 7-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktında əli olmaqda ittiham edib. Bunu şənbə günü o, Münhendə jurnalistlərin suallarını cavablandırarkən deyib.

İran polisi və təhlükəsizlik xidməti silahlı terrorçunun səfirlik binasına iki dəfə soxulmalarını yarım saatdan çox mane olmayıb. O bir nəfəri öldürüb, daha iki təhlükəsizlik əməkdaşını yaralayıb və binadan çıxarıldıqdan sonra polis onu saxlayıb.

“Biz şəffaf araşdırma tələb edirik. Terrorçunun hücumdan sonra İran mətbuatına müsahibə verməsi onun rəsmi dairələrin nümayəndələri ilə əlaqəsindən xəbər verir.

Terrorçunu dəli kimi təqdim etmək, işi susdurmaq cəhdidir. İran hakimiyyəti təkcə terrorçunu deyil, onu göndərən rəsmi dairələrin nümayəndələrini də araşdırıb cəzalandırmalıdır. Bunsuz İranla münasibətlərimizin normallaşmasından danışmaq mümkün deyil”, – deyə Əliyev yekunlaşdırıb.

Bənzər yazılar

Back to top button