GündəmManşetSiyasət

Blinken Əliyev və Paşinyanla görüşdən sonra deyir ki, sülh prosesi “plan üzrə gedir”

ABŞ dövlət katibi Entoni Blinken Bakı ilə İrəvan arasında sülh sazişi istiqamətində “əhəmiyyətli irəliləyiş” olduğunu qeyd edib, TURANın Vaşinqton müxbiri xəbər verir.

Blinken Münhendə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla iki ölkə arasında ikitərəfli sülh danışıqlarının irəliləyişinə dair birgə görüş keçirib.

“Biz inanırıq ki, Ermənistan və Azərbaycanın 30 ildən artıq davam edən münaqişədən sonra davamlı sülhü təmin etmək üçün həqiqətən tarixi imkanları var. Tərəflər özləri də diqqətlərini sülh prosesinə, o cümlədən birbaşa danışıq yolu ilə, eləcə də Aİ və bizimlə cəmləşdiriblər. Blinken açılış nitqində deyib.

ABŞ-ın bu səyləri dəstəkləmək üçün “əlimizdən gələn hər şeyi etmək öhdəliyi” var, istər dostlarımızla, istər bu kimi üçtərəfli formatda, istərsə də digər beynəlxalq tərəfdaşlarla, о dedi.

Dövlət katibi “son bir neçə ayda hər iki tərəfin sülh sazişi istiqamətində əldə etdiyi əhəmiyyətli irəliləyişi və Aİ prezidenti Mişelin tərəfləri Brüsseldə qəbul etmək təklifini qeyd edib”, – Dövlət Departamentinin hesabatında deyilir.

Görüşdən sonra Blinken “Twitter” səhifəsində “Ermənistan-Azərbaycan sülh prosesinin plana uyğun getdiyini və iki tərəf arasında danışıqların davam etdiyini eşitmək çox xoşdur”, qeyd edib.

Müzakirələr zamanı Blinken “Laçın dəhlizi ilə kommersiya və şəxsi tranzitin açıq olması zəruriliyini vurğulayıb”, – sözçüsü Ned Prays bildirib.

Blinken “həmçinin tərəfləri digər nəqliyyat marşrutlarını açmağa da çağırıb”, – məlumatda deyilir.

Bənzər yazılar

Back to top button