AnalitikaDünyaManşet

ORTA DƏHLİZİN BƏDƏLİ NƏ OLACAQ…?

Qazaxıstanın Orta Dəhlizdə və ya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda mühüm rol oynaması vacibdir, bunu Aİ rəsmiləri 15 iyun-da Brüsseldə keçirilən ictimai tədbirdə bir daha bildirmişdilər.

Bu yaxında Qazaxıstanın Brüsseldəki səfirliyi tərəfindən təşkil olunan “Qazaxıstan və Avropa İttifaqı arasında nəqliyyat əməkdaşlığı” konfransı zamanı Aİ rəsmiləri və Qazaxıstan iş adamları Rusiyanın işğalı kontekstində Çin-Aİ ticarətində trans-Qazaxıstan ticarət yollarının inkişaf perspektivlərini müzakirə ediblər. Mərkəzi Asiya transkontinental marşrutlarına sərmayə qoyuluşu Rusiyanın fevral ayında Ukraynanı işğal etməsindən sonra daha da aktuallaşdı, çünki regiondan və əsasən Şimal dəhlizindən (Çin, Qazaxıstan, Rusiya, Belarusiya, Polşa, Almaniya) ticarət Aİ-nin sanksiyalarından təsirləndi….

Bölgədəki ticarətin 40% və ya daha çox azaldığını söyləyən (Directorate-General for Mobility and Transport) DG MOVE-un bölmə rəhbəri Harvey Rouse, əlavə edib ki, biz Orta Dəhlizi daha səmərəli etməliyik. Şimal dəhlizinin əvəzi kimi deyil, mal axınının bir hissəsini ələ keçirmək üçün. Qazaxıstandan və Orta dəhlizdən aşağıya doğru tranzit keçməklə Çin malları dəniz ticarət yollarından keçəcəkləri vaxtın demək olar ki, yarısına qədər Aİ bazarına çatır. Uzun illər Qazaxıstan Çinin irəli sürdüyü “Kəmər və Yol” təşəbbüsünün “toqqası” kimi görünürdü. Ukrayna müharibəsi ilə Şimal Dəhlizi (Rusiya və Belarusiya vasitəsilə) əhəmiyyətini itirdi və indi diqqət Xəzər və Qara dənizdən keçən Orta Dəhliz üzərində cəmlənib. Mərkəzi Asiyanın ən böyük ölkəsi kimi Qazaxıstan Avrasiya transkontinental ticarətində, xüsusən də Aİ Qlobal Gateway strategiyası çərçivəsində mühüm rol oynayır…

Bu Aİ proqramı 2027-ci ilə qədər 300 milyard avroya qədər büdcə ilə bütün dünyada rəqəmsal, enerji və nəqliyyat sektorlarında ağıllı, təmiz və təhlükəsiz əlaqələri gücləndirməyi hədəfləyir. “Bu, Qazaxıstan üçün çox mühüm lahiyədir” deyən Rouse, Nur-Sultanla daha sıx işləmək ticarətin həcmini və şəffaflığı artıracaq və Orta Dəhliz Şimaldan daha çox seçildiyi üçün ölkə üçün mühüm iqtisadi qazanc əldə edəcək deyə bildirib. Bununla belə, Aİ rəsmiləri Orta Dəhliz ticarət marşrutu üzərində yerləşən ölkələrdə Qlobal Gateway strategiyasının həyata keçirilməsində Aİ-nin demokratiya və şəffaflıq dəyərlərinin vacibliyində israr edirdilər. Onların arasında Türkiyə və Azərbaycan kimi Avropa qurumları tərəfindən insan haqlarını idarə etmə tərzinə görə tənqid olunan bir neçə ölkə var. Aİ-nin nəqliyyat üzrə komissiyanın üzvü Pablo Fabreqas-Martinez, “Qlobal Gateway-in məqsədi Avropa dəyər və prinsiplərini təbliğ etmək, eləcə də qlobal miqyasda əlaqə yaratmaqdır” deyə bildirib…

Pərviz Əliyev, çinşünas

Bənzər yazılar

Back to top button