Dünya

Ermənistanda “UAZ” qəzaya düşdü, hərbçilər öldü

Ötən gün – fevralın 19-da Ermənistanda Xnatsax kəndi yaxınlığında qar uçqunu nəticəsində “UAZ” markalı hərbi avtomobil dərəyə yuvarlanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nəticədə müqaviləli hərbçilər Zorand Hranti Arzumanyan və Zorak Samveli Yeranosyan həlak olublar.

“2 hərbçi isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə qarnizon hospitalına çatdırılıb. Xəsarət alan hərbçilərin vəziyyəti qənaətbəxş qiymətləndirilir, həyati təhlükəsi yoxdur”, – qurumun yaydığı məlumatda deyilir.

Bənzər yazılar

Back to top button