İqtisadiyyat

Sabirabadda yanan pambıq zavodu hansı nazirə bağlıdır? – Təfərrüat

Xəbər verdiyimiz kimi, dünən Sabirabad rayonunun Axtaçı Muğan kəndində yerləşən pambıq emalı zavodunda böyük yanğın olub.

Yeniavaz.com xəbər verir ki, Axtaçı Muğan kəndində yerləşən pambıq emalı zavodunun ölkənin aparıcı şirkətlərindın olan “MKT İstehsalat Kommersiya” MMC-yə (VÖEN – 9900008361) məxsus olduğu bildirilir .

“MKT İstehsalat Kommersiya” MMC 23.04.2002-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 357 milyon 263 min 923 manat 51 qəpik olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Heydər Əliyev pr., ev 95-də yerləşir. Şirkətin qanuni təmsilçisi Həsənov Rövşən Həsən oğludur.

Qeyd edək ki, “MKT İstehsalat Kommersiya” MMC də fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olduğu bildirilən “Gilan Holdinq”ə bağlıdır. “MKT İstehsalat Kommersiya” MMC-nin qeydiyyatda olduğu Heydər Əliyev pr. 95 ünvanı “Gilan Holdinq”ə bağlılığı ilə bilinən bir-sıra şirkətlərə də ev sahibliyi edib.

Bənzər yazılar

Back to top button