GündəmSiyasət

Dövlət Departamenti: Türkiyə və ABŞ Cənubi Qafqazda gərginliyin azaldılması üçün “sıx əməkdaşlıq edirlər”

ABŞ və Türkiyə Cənubi Qafqazda gərginliyin azaldılması üçün “sıx əməkdaşlıq edirlər”, – dövlət katibi Entoni Blinkenin Türkiyə liderlə bugünkü danışıqlarından öncə Dövlət Departamentinin məlumatında deyilir.

Türkiyədə səfərdə olan Blinken bu gün Ankarada prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bazar günü o 6 fevralda zəlzələdən daha çox ziyan dəyən vilayətlərdən birinə gedib. Blinken bölgəyə kömək üçün daha 100 milyon dollar vəd edib. “Bu, zəlzələdən zərər çəkənləri dəstəkləmək üçün ABŞ-ın ümumi humanitar yardımını 185 milyon dollara qədər artıracaq”, – Blinken deyib.

Dövlət katibi Ərdoğanla görüşdən öncə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə söhbət edəcək və birgə mətbuat konfransında iştirak edəcək, sonra Atatürkün məzarına çələng qoyacaq.

Türkiyə “təhlükəsizlik sahəsində ABŞ-ın mühüm tərəfdaşıdır” və ABŞ-ın Avropa, Afrika və Aralıq dənizindəki qüvvələrilə birlikdə beynəlxalq təhlükəsizliyə töhfə verir.

“Türkiyə Yunanıstan, Bolqarıstan, Gürcüstan, Ermənistan, Azərbaycan, İran, İraq və Suriya ilə həmsərhəddir və ətraf regionda mühüm tərəfdaşdır. Birləşmiş Ştatlar və Türkiyə beynəlxalq hüquqa uyğun olaraq Şərqi Aralıq dənizində gərginliyin azaldılması üçün sıx əməkdaşlıq edirlər, Balkanlarda və Cənubi Qafqazda sülhə can atırlar “,- Dövlət Departamentinin informasiya bülletenində deyilir.

Sonra qeyd olunur ki, ABŞ və Türkiyə öz suverenliyini və ərazi bütövlüyünü Rusiyanın təcavüzündən qoruyan Ukrayna xalqı ilə “həmrəydir”. “Birləşmiş Ştatlar Türkiyənin Ukraynaya ardıcıl və aydın dəstəyini və qlobal ərzaq təhlükəsizliyinə dəstək üzrə vasitəçiliyini alqışlayır”.

“Dövlət katibi Blinken 13 noyabr 2022-ci ildə İstanbulda törədilən terror aktını pisləyib və bildirib ki, ABŞ Türkiyənin terrorizmə qarşı mübarizəsində onunla çiyin-çiyinə dayanıb. Hər iki ölkə terror təşkilatlarına, xüsusən İŞİD/DAİŞ və Kürd İşçi Partiyasına qarşı mübarizədə sıx koordinasiya və əməkdaşlığı dəstəkləyir”, – Dövlət Departamentinin məlumatında qeyd olunur.

Bənzər yazılar

Back to top button