Gündəm

Ermənistan silahlı qüvvələri Daşkəsən və Kəlbəcəri atəşə tutdu

Oktyabrın 20-si saat 16:30-dan saat 17:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

***

“Azərbaycan Ordusunun bölmələrinin guya qarşı tərəfin mövqeləri istiqamətində oktyabrın 20-si saat 16:30 radələrində atəş açması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatın heç bir əsası yoxdur, tamamilə yalandır”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

“Məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda əlavə olunub.

Bənzər yazılar

Back to top button