Siyasət

Azərbaycan Dövlət Sərhəd Xidməti: Ermənistan “Laçın” sərhəd məntəqəsində təxribat hazırlayır

Bu gün Ermənistandan “humanitar yardım”ın olduğu onlarla yük maşınının “blokada”da olan Qarabağa göndərilməsi planlaşdırılır, Ermənistan KİV bildirib.

Həmin mənbələrə görə, avtomobil karvanı Kornidzora və “Laçın” sərhəd-keçid məntəqəsilə Azərbaycan ərazisinə gedəcək.

Öz növbəsində, Azərbaycan Dövlət Sərhəd Xidməti ötən axşam bildirib ki, Ermənistan tərəfindən təxribat hazırlanır.

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, iyulun 26-da Ermənistan tərəfdən “Laçın” buraxılış məntəqəsində “növbəti təxribat aktı planlaşdırılır”.

Dövlət Sərhəd Xidməti Ermənistan tərəfini bu kimi təxribat məqsədi daşıyan və vəziyyətin gərginləşməsinə xidmət edən əməllərdən çəkinməyə çağırıb.

“Bir daha bildiririk ki, mümkün təxribat əməllərinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşəcək”, – Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.

Bənzər yazılar

Back to top button