GündəmManşetSiyasət

İran prezident İlham Əliyevin ittihamlarına təmkinlə reaksiya verib

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kanaani İran hakimiyyətinin Azərbaycanın Tehrandakı səfirliyinə hücumda əli olması ilə bağlı Azərbaycan prezident İlham Əliyevin ittihamlarına reaksiya verib.

“İnsidentin KİV-də əsassız şərhi işin hüquqi və məhkəmə prosesi zamanı konstruktiv yanaşma deyil.

İran İslam Respublikasının müvafiq orqanlarının dəfələrlə vurğuladığı kimi, iş məhkəmə çəkişməsi mərhələsindədir, bu insidentin bütün aspektləri diqqətlə və hərtərəfli araşdırılır”, – o deyib.

İran istintaqın nəticələrini Azərbaycan tərəfinə təqdim etməyə hazırdır. Azərbaycan hakimiyyətinin bütün qeyri-müəyyənliklərinə və suallarına əməkdaşlıq və konstruktiv yanaşma çərçivəsində cavab veriləcək, o bildirib.

Qeyd edək ki, yanvarın 27-də silahlı şəxs yarım saat ərzində səfirliyə iki hücum edərək bir nəfəri öldürüb və iki mühafizəçini yaralayıb. İran polisi və təhlükəsizlik qüvvələri baş verənləri izləyərək ona mane olmayıblar. İkinci hücumdan sonra to saxlanılıb. Bundan dərhal sonra İran hakimiyyəti hücumçu ilə telemüsahibə təşkil edib, baş verənləri “ailə problemləri” ilə izah edib.

Bakı hücumu birmənalı olaraq terror aktı kimi qiymətləndirib və İran hakimiyyətini buna bağlılıqda ittiham edib. “İran rəsmi şəxsləri arasında bu terror aktının təşkilindəki günahkarlar cəzalandırılmadan ikitərəfli münasibətlərin normallaşdırılması mümkün deyil”, – İlham Əliyev bir gün öncə Münhendə bildirib.(Turan)

Bənzər yazılar

Back to top button