İdman

“DÇ-2026-ya mən yox, o, qatılmalıdır”

“Yuventus”un və Argentina millisinin vingeri Anxel Di Mariya yığmadakı komanda yoldaşı Lionel Messinin DÇ-2026-da iştirak etməli olduğunu deyib.

Fanat. az xəbər verir ki, ESPN AR onun söylədiklərini belə çatdırıb:

“Mən daha növbəti mundial haqda düşünmürəm. Ancaq qarşıdakı Amerika Kubokunda ola biləcəyimə inanır və o turnirdə iştirak etmək istəyirəm. DÇ-2026-ya isə mən yox, Messi qatılmalıdır. Çünki o, Messidir. O, yeddi dəfə “Qızıl top” mükafatına sahib çıxıb. Təsəvvür edirsiz? Futbol tarixin ən yaxşısı olan Leonun “Barselona” ilə qazanmadığı titul qalmayıb. Bəli, mən Messinin növbəti mundialda iştirakını vacib sayıram”.

Xatırladaq ki, Di Mariya və Messi Argentina millisinin sıralarında DÇ-2022-nin qalibi olublar.

Bənzər yazılar

Back to top button