Cəmiyyət

Prezident Kitabxanasında yaşanan problemlər: Mayıl Əhmədov kimə xidmət edir

Əslində Prezident İlham Əliyev kadr islahatlarına 2018-ci ilin 11 aprelində keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gəldikdən dərhal sonra başlayıb. Xatırlatmaq yerinə düşərdi ki, kadr islahatlarına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsinə gənc kadr Ramin Quluzadənin təyinatı ilə start verildi.

Ardınca R.Quluzadənin Prezidentin İşlər İdarəsinə rəhbər təyin olunması ilə sözügedən qurumda ciddi islahatlar başlandı. Məsələn Prezidentin İşlər İdarəsinin tabeçiliyi də olan “Azərbaycan” nəşriyyatının idarəetməsində köklü dəyişiklik baş verdi və ölkə mediasına kölgə salan bir binaya çəki düzən verildi. Bundan başqa “Xalq qəzeti”, “Bakinskiy Rabiçi” qəzetlərinin məzmun və formasında müsbət mənada dəyişikliklər aparıldı.

Məlumat üçün bildirək ki, Prezident Administrasiyanın fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə Prezidentin İşlər İdarəsi məşğul olur. Bununla belə, İşlər İdarəsi Prezident Administrasiyasının tərkibinə daxil deyil. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi haqqında Sərəncama əsasən İşlər İdarəsinin say tərkibi 81 ştat vahidindən ibarət müəyyən edilib. Prezidentin İşlər İdarəsinə daxil olan qurumlar sırasında qəzetlər, pansionatlar, aqrokomplekslər, saraylar, avtoparklar və saydıqca bitməyən digər subyektlər var. İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin şöbəsi statusuna malik olan təşkilatlardan biri də “Prezident kitabxanası”dır. Məlumat üçün bildirək ki, Prezident Aparatı işçilərinin vaxtında mühüm informasiya ilə təmin olunması istiqamətində kəskin zərurəti nəzərə alaraq 1993-cü ildə keçmiş S.M.Kirov adına Siyasi Maarif Evinin kitabxanası Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Təsərrüfat şöbəsinin sərəncamına verilib. O vaxtdan etibarən kitabxana ali icra hakimiyyəti, eləcə də icra hakimiyyətinin digər orqanlarının mütəxəssislərinə xidmət göstərməyə başlayıb. 23 yanvar 2003-cü ildə Azərbaycan Respublikası prezidentinin fərmanı ilə keçmiş V.İ.Lenin adına Mərkəzi şəhər kitabxanasının binası fondla birlikdə kitabxanaya verilib. Bu iki kitabxananın əsasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası təsis edilib. Dövlət idarəçiliyinin çox strateji sahələrindən biri olan Prezident Kitabxanasının fəaliyyəti təəssüflər olsun ki müasir tələblərə cavab vermir. Kitabxananın https://www.preslib.az/ elektron saytında lazım olan məlumatlar tam yerləşdirilməyib.

Halbu ki, bu saytın qurulmasına və oxucu sektorunun təlabatını ödəmək üçün büdcədən kifayət qədər vəsait ayrılıb. Belə bir durumun yaranması birbaşa Prezident Kitabxanasının direktoru Mayıl Əhmədovun frəaliyyətindəki qüsurlarla bağlıdır. M.Əhmədov hələ Kitabxananın yaranmasnın 5 illiyində birdirmişdi ki, ” hazırda bu mədəni-maarif ocağı sənəd fondları və biblioqrafik ehtiyatlar yaradılması, kitabxana proseslərinin avtomatlaşdırılması, müasir kitabxana-informasiya texnologiyalarının tətbiqi sahəsində əhəmiyyətli vəzifələr yerinə yetirir”. 2008-ci ildə verilən bu vəd 15 ildir ki hələ də yerinə yetirilmir. Kitabxanada tətbiq edilən “İRBİS-64 – Kitabxanaların Avtomatlaşdırılma Sistemi”ndə ki qüsurlar kitabxana- biblioqrafıya proseslərinin bütün mərhələlərini əhatə etmədiyindən, internet texnologiyalarını dəstəkləmədiyindən problemlər yaşanır. Bütün bu problemlərin kökündə isə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədovun yaşı və müasir tələblərə heç cür uyğunlaşa bilməməsidir. Siyasi dairələrdə Ramiz Mehdiyevin kadrı və vurğunu kimi tanınan bu şəxsin islahat prosesində əngəl olduğu açıqdan açığa ortadadır. Məhz belə kadrlar köhnə təfəkkürlə daim yeniləşən Azərbaycanın inkişaf tempi ilə ayaqlaşa bilməyənlər son qüvvələrini toplayıb müqavimət göstərirlər. İlham Əliyevin başlatdığı islahatlar paketində mühüm yer tutan kadr dəyişikliklərindən sonra kürsüsünü itirən, illərlə hegomonluq edən “eks”lər hər vəchlə görülən işlərə, aparılan islahatlara mane olmağa çalışır.

Bir neçə il öncə Prezident İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə də dövlət başçısı kadr islahatları ilə bağlı fikirlərini bildirdi, bəzi hallarda bu prosesə maneçilik törədildiyini söylədi: “Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”.

Mənbə: Cumhuriyyet.net

Bənzər yazılar

Back to top button