Cəmiyyət

Azərbaycan əhalisinin sayı 10 milyon 127 min145 nəfərdir

2019-cu ildə keçirilən əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı bu ilin yanvar ayının 1-də 10127145 nəfər təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumatda deyilir ki, əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Bu ilin əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 23,1 faizi Bakı şəhərində, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,6 faizi Qazax-Tovuz, 6,2 faizi Şəki-Zaqatala, 5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,1 faizi Mil-Muğan, 4,8 faizi Şirvan-Salyan, 3,1 faizi Dağlıq Şirvan, 3,0 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayıb.

Ölkə üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub və bu göstərici Bakı şəhərində (1092 nəfər), Abşeron-Xızı (234 nəfər), Lənkəran-Astara (153 nəfər) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub.

Dölət Statistika Komitəsi bildirir ki, 2022-ci ildə ölkədə 61939 nikaha daxil olub və 15983 boşanma halı qeydə alınıb.

Qeyd edilib ki, əhalinin hər 1000 nəfərinə 2021-ci illə müqayisədə nikahların sayı 5,6-dan 6,1-ə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,6-ya düşüb.

Ötən il Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları daimi yaşamaq üçün Azərbaycana 2869 nəfərin gəlməsini qeydə alıb.

Dövlət Statistika Komitəsi bildirir ki, ötən il Azərbaycandan 1069 nəfər gedən qeydə alınıb, miqrasiya saldosu ölkə üzrə müsbət 1800 nəfər təşkil edib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button