Dünya

Vaşinqton Baydenin səfəri barədə Moskvanı son dəqiqədə məlumatlandırıb

Ağ Ev prezident Co Baydenin Kiyevə səfərilə bağlı məlumatı Moskvaya səfərdən bir neçə saat öncə verib, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan jurnalistlərə bildirib, Turan-ın Vaşinqton müxbiri bildirib.

“Biz münaqişəyə yol verməmək üçün bunu onun gedişindən bir neçə saat öncə etdik. Onların necə reaksiya verdiyini deməyəcəm”, – Sallivan deyib.

Milli təhlükəsizlik üzrə müşavirin müavini Jon Fayner əlavə edib ki, bütün əməliyyat bir neçə ay diqqətlə planlaşdırılıb və son qərar cümə günü qəbul edilib.

Faynerin sözlərinə görə, səfərin planlaşdırılmasında məhdud sayda adam iştirak edib.

Baydenə təhdidlərin qiymətləndirilməsi barədə mütəmadi olaraq məlumat verilib. “O, riskin idarə olunmasından məmnun idi”, – Sallivan deyib.

“Onun üçün mühüm olan hətta çətin olduğu zamanda görünməkdir və o, logistikanın mürəkkəbliyindən asılı olmayaraq, komandasına bunu etməyi tapşırdı”, – Ağ Evin kommunikasiyalar üzrə direktoru Keyt Bedinqfild əlavə edib.

Bənzər yazılar

Back to top button