İdman

“Qarabağ”da ciddi itki – “Gent”lə oyunu buraxacaq

UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə oyunda zədələnən “Qarabağ”ın futbolçusu Marko Yankoviç həkim müayinəsindən keçib.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, monteneqrolu yarımmüdafiəçinin sol baldır əzələsində 2-ci dərəcəli yırtılma aşkar edilib.

Həkimlərin rəyinə əsasən, Marko Yankoviç zədə səbəbindən 4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Bənzər yazılar

Back to top button