Dünya

Hatay zəlzələsi 6.4 bal gücündə təkrarlandı

Türkiyənin Xətai vilayətində iki həftə sonra zəlzələ təkrarlandı – bu dəfə Defne rayonunda 6,4 bal, bir qədər az – Samandağ rayonunda 5,8 bal.

16,7 km dərinlikdə zəlzələ yerli vaxtla saat 20:07-də qeydə alınıb.

Hatay valisi Rahmi Doğan, Anadolunun müxbirinə dedi:”Şəhərdə zəlzələ ilə bağlı bəzi məlumatlar aldıq, qiymətləndiririk, yoxlamalarımız davam edir.”

İnsanlar küçələrdə gözləməyi üstün tuturlar.

7.8 bal gücündə ilk güclü zəlzələ fevralın 6-da baş verdi və böyük dağıntılara və itkilərə səbəb oldu.(Turan)

Bənzər yazılar

Back to top button