GündəmManşetSiyasət

Rusiya Xarici İşlər Nazirliyi: Aİ-nin Ermənistandakı missiyasının məqsədi Rusiyanı regiondan çıxarmaqdır

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova fevralın 20-də Ermənistan sərhədində Aİ-nin mülki monitorinq missiyasının başlamasını tənqid edib.

“Avropa İttifaqının nümayəndələri yeni missiyanın müstəsna mülki xarakterini vurğulamaqla qeyri-səmimidirlər. Bu, Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində edilir.

Təəssüf ki, biz Avropa İttifaqının və bütövlükdə Qərbin müttəfiq Ermənistanımızda hər hansı bir vasitə ilə möhkəmlənmək istəyini ilk dəfə deyil ki, qeydə alırıq. Biz bu cəhdlərdə Transqafqazda münasibətlərin real normallaşması maraqlarından uzaq, müstəsna geosiyasi fon görürük.

Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və təhlükəsizliyin əsas təminatçısı kimi tarixi rolunu zəiflətmək üçün hər şey edilir. Bakının bu təşəbbüslə bağlı ictimaiyyətə açıqlanan mənfi qiymətləndirmələrinə də məhəl qoyulmur”, – Zaxarova bildirib.

“Biz əminik ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış sazişlər yaxın gələcəkdə regionda sabitlik və təhlükəsizliyin əsas amili olaraq qalır. Onların hərtərəfli həyata keçirilməsi, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, iki ölkənin ictimaiyyəti, ekspertləri, dini dairələri, parlamentariləri arasında əlaqələrin qurulması, sülh müqaviləsinə, bölgədəki vəziyyəti yaxşılaşdırmağın birbaşa yoludur. Rusiya Federasiyası buna hər cür töhfə verməyə hazırdır”, – deyə o vurğulayıb.

* Xatırladaq ki, bu gündən etibarən 100-ə yaxın avropalı müşahidəçi iki il ərzində Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin pozulmasını izləyəcək.(Turan)

Bənzər yazılar

Back to top button