Dünya

Ukraynalı nazir Rusiyaya “barbar” dedi: “Moskvanı yandırmaq lazımdı”

Ukraynanın infrastruktur naziri Vladimir Omelyan rəsmi Kreml barədə qalmaqallı fikirlər səsləndirib.

Qaynarinfo xəbər verir ki, “Facebook” hesabından açıqlama verən nazir barbarların əldə edə bilmədiyi şeyləri məhvetməyə çalışdığını deyib və Moskva ilə əlaqə saxlayan siyasətçiləri tənqid edib. O bildirib ki, Moskvanın tərbiyə edilməsi, dəyişdirilməsi mümkün deyil, sadəcə yandırmaq lazımdır.

Qeyd edək ki, oxşar fikirlər daha əvvəl digər ukraynalı siyasətçilər tərəfindən də səsləndirilmişdi. Vəkil İqor Mosiyçuk Rusiyanı Krım körpüsünü dağıtmaqla hədələmişdi.

Bənzər yazılar

Back to top button