İdman

“Ançelotti fantastik məşqçidir”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasında 1/8 finalında “Real”la ilk oyun öncəsi Madrid klubundakı həmkarı Karlo Ançelotti haqda müsbət fikirlər səsləndirib.

Qol.az xəbər verir ki, o, matçdan əvvəl keçirilən mətbuat konfransında deyib: “Karlo həyatımda gördüyüm ən rahat məşqçidir. O, gözəl insandır. Ançelotti fantastik, təvazökar, ağıllı məşqçidir. Oyunçuları idarə etmək baxımından o, hamımızla müqayisədə tamam fərqli səviyyədədir. Karloya böyük hörmətim və heyranlığım var”.

Qeyd edək ki, sabah İngiltərədə keçiriləcək “Liverpul” – “Real” qarşılaşması yerli vaxtla 21:00 (Bakı vaxtı ilə saat 00:00) başlayacaq.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button