İdman

Erməni hiyləsi? – “Qalatasaray” “danışıq aparmamışıq” deyir

“Qalatasaray” Moskva “Dinamo”sunun yarımmüdafiəçisi Arsen Zaxaryanın transferi ilə bağlı məsələyə münasibət bildirib.

Aut.az xəbər verir ki, “sarı-qırmızılar”ın mətbuat xidmətinin rəhbəri Köşkün Gülbahar erməni əsilli futbolçu ilə danışıqlar apardıqları ilə bağlı yayılan məlumatlara belə münasibət bildirib:

“Klubda heç kim Arsen Zaxaryanın mümkün transferi barədə müzakirə aparmayıb. Hətta bizdə danışıqların aparılıb-aparılmaması ilə bağlı heç bir məlumat yoxdur”.

Qeyd edək ki, Türkiyə və Rusiya mətbuatı “Dinamo”nun Zaxaryana görə 15 milyon avro tələb etdiyini iddia edir.

Bənzər yazılar

Back to top button