Siyasət

Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər

Fevralın 21-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvili hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Həsənov Azərbaycan, Türkiyə və Gürcüstanın ikitərəfli və üçtərəfli əməkdaşlığının yüksək səviyyədə olduğunu bildirib və bunun regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını xüsusi vurğulayıb.

Görüşdə hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Bənzər yazılar

Back to top button