GündəmSiyasət

“Mühasirədə olan” Qarabağdan Moskvaya

Çərşənbə axşamı Ermənistan KİV-ləri Qarabağın “XİN başçısı” Sergey Qazaryanın 12-16 fevral tarixlərində Moskvaya səfəri haqqında məlumat yayıb.

Mənbənin məlumatına görə, Qazaryan Rusiya Federasiyasında “ictimai, siyasi dairələrin, ekspert dairələrinin və erməni icmasının nümayəndələri ilə görüşlər keçirib”.

Bununla əlaqədar bir neçə sual yaranır: 1) Qarabağ mühasirədədirsə, Qazaryan necə Moskvaya gedib qayıda bilərdi?

2) Onu Rusiya sülhməramlıları Qarabağdan aparıb, geri qaytarıbsa, onlar bunu niyə ediblər? Bunu Qırmızı Xaç Komitəsi edibsə, bu barədə Azərbaycan hakimiyyətini məlumatlandırıbmı?

Ruben Vardanyan Qarabağı tərk etdikdə Azərbaycanın hökumətyönlü KİV-ləri onu sülhməramlıların gizli şəkildə apardığını yazırdı. Amma onlara qarşı Vardanyan geri qayıtdıqdan sonra da heç bir rəsmi iddia irəli sürülməyib.

Rəsmi Bakı bütün bunlara münasibət bildirməyib.(Turan)

Bənzər yazılar

Back to top button