İdman

Haalandın uğurlarının sirri faş oldu: İçalat, yerkökü və… – FOTO

Son zamanların ən çox müzakirə edilən futbolçulardan biri də Erling Haalanddır. Onun fiziki göstəriciləri çox qəribədir. Üstəgəl, norveçli hücumçunun formada qalmaq üçün necə qidalanması da hər kəsə maraqlıdır.

O, bir müddət əvvəl atasının lazanyasına, öküz ürəklərinə olan sevgisindən və gündə 6000 kilokalori qəbul etmə normasından danışmışdı. Lakin bu yaxınlarda onun pəhriz proqramında yenilik nəzərə çarpdı. Məlum oldu ki, norveçli yerkökünü çox sevir.

O, adətən çıxış etdiyi “Mançester Siti”nin bazasına yaxınlaşdığı anda onu yeyir. Orada avtoqraf almaq istəyən pərəstişkarları tərəfindən mütəmadi olaraq diqqət görür. Halland istəkləri rədd etmir. Ancaq şəkillər çəkilən zaman yerkökünü yerə qoymur. Bu fotolardakı kimi:

Sosial şəbəkələrdə artıq Haalandın çılğın performansının əsas sirrinin yerkökü olduğu irəli sürülür. Çoxları inanır ki, Erlinq gənc nəslə yaxşı nümunə göstərmək üçün tərəvəzi cəsarətlə yeyir.

Yerkökü sağlamlıq üçün nə qədər faydalıdır? Vitamin və liflə zəngin olan kök immunitet, həzm, ürək-damar sağlamlığı üçün faydalıdır. Məsələn, yerköküdə A vitamini var, onun sayəsində kəpək, quru dəri, kövrək dırnaqlar və saçlar, həmçinin gecə korluğu kimi görmə pozğunluğu aradan qalxa bilər. Bundan əlavə, yerkökü yeməklə yüksək miqdarda pəhriz lifi və yavaş karbohidratlar sayəsində uzun müddətli toxluq təmin edilir. Nəticədə insan daha az yemək yeyir və gündəlik qida rasionunda kalori miqdarı azalır.

Haalandın pəhriz menyusu lazanya və yerkökü ilə məhdudlaşmır. Norveçli forvard mütəmadi olaraq içalat da yediyini söyləyir:

“Sən bunu yemirsən, amma mən bədənimə qulluq edirəm. Düşünürəm ki, ən vacib şey keyfiyyətli yeməklər yeməkdir – daha çox yerli istehsalçılardan alınanlar. Deyirlər ət pisdir. Hansı? “McDonald’s”dakı, yoxsa qonşu fermada inəkdən alınan satılan ət? Ürəyi və qaraciyərini yeyirəm”.

Bundan sonra Erlinqin gündə 6000 kaloriyə qədər istehlak etdiyi məlum oldu. Kişilər üçün orta gündəlik kalori qəbulunun təxminən 2500-2700 aralığında olduğu güman edilir. Norveçli son dərəcə sürətli metabolizmə malikdir və meydanda adi bir insandan daha çox kalori yandırır. İngiltərəli dietoloq Duayn Mellor deyir ki, “Siti”li futbolçunun pəhriz menyusu fiziki göstəricilərinə görə normaldır:

“İçalatı tez-tez yemək məsləhət deyil, lakin tərkibində əzələlərin saxlanması və bərpa prosesi üçün faydalı ola bilən zülal var. Bu, idmançı üçün çox vacibdir. Bir qayda olaraq, ürəkdə daha çox vitamin, qaraciyərdə isə daha çox dəmir və B12 vitamini var. Ürək də dəmirlə zəngindir, lakin daha az doymuş yağ ehtiva edir.

Otla bəslənən ət yeməsi onun pəhrizinə necə diqqət yetirməsinin vacib hissəsidir. Bu, onun performansını yaxşılaşdıra bilər. Çox vaxt peşəkar idmanda uğur pəhriz və məşqdəki inamla əlaqələndirilir. Qəbul edilən digər məhsulların keyfiyyəti də çox önəmlidir”.

Narahat olmayın, Erlinqin də hər bir insan kimi zəif cəhətləri var. “Mənim sevimli yeməyim demək olar ki, heç yemədiyimiz yeməkdir. Kabab və kabablı pizza xoşlayıram. Mən onları sevirəm, amma yeyə bilmirəm. Evdə oturub fikirləşirəm ki, indi onları yemək yaxşı olardı. Sonra soyuducuya gedib başqa bir şey götürürəm. Mənim həyatım budur. Şərabı da sevirəm. Çox. Yalan danışmayacağam” – deyə Haaland bildirir.(aut.az)

Bənzər yazılar

Back to top button