Cəmiyyət

İrana gedən azərbaycanlıların sayı artıb – Rəsmi

Ötən ay Azərbaycana dünyanın 131 ölkəsindən 119,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, gələnlərin 33,8%-i Rusiya, 21,1%-i Türkiyə, 9,3%-i İran, 5,6%-i Gürcüstan, 3,4%i Hindistan, 3,2%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,7%-i Pakistan, 2,1%-i Küveyt, hər birindən 1,8% olmaqla Səudiyyə Ərəbistanı və Qazaxıstan, 1,5%-i Ukrayna, hər birindən 1,2% olmaqla Özbəkistan, Türkmənistan və Belarus, 10,1%-i digər ölkələrin vətəndaşları olub.

Apardığımız hesablama göstərir ki, son zamanlar Azərbaycanla münasibətləri gərginləşən İrandan ölkəmizə ötən ay 11,1 min İran vətəndaşı gəlib. Ötən ilin yanvar ayı ilə müqayisədə İrandan gələnlərin sayı 17% artıb.

Yanvar ayında Azərbaycandan İrana gedənlərin sayı isə 9,8 min nəfər olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar ayı ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 13% artıb.

Bənzər yazılar

Back to top button