GündəmMədəniyyət

İTV tənqidi fikrə görə yayımın kəsilməsinə aydınlıq gətirdi

Mərhum aktyor Ramiz Novruzun dəfn mərasimi zamanı İTV-nin youtube kanalında aktyor Əli Nur müsahibə verərkən, canlı yayımın kəsilməsi barədə sosial şəbəkədə yayılan iddia tamamilə yanlışdır.

AzToday.az xəbər verir ki, bu sözlər İTV-nin sosial şəbəkə hesabında yerləşdirilən məlumatda əksini tapıb.

Məlumatda deyilir ki, yayımın Əli Nurun müsahibə verərkən kəsilməməsini həmin canlı yayımın linkinə daxil olaraq görmək mümkündür:

“Bu videodan göründüyü kimi Əli Nur fikrini tamamlayıb və yayım bundan bir müddət sonra dayandırılıb, aktyorun çıxışının kəsilməsindən söhbət belə gedə bilməz. İstənilən halda, izləyicilər bu videoya baxaraq öz qərarlarını verə bilərlər. Youtube üzərindən canlı yayımlar zamanı yayımın dayandırılması və yenidən açılması adi haldır. Bu texniki məsələlər, o cümlədən kamera və canlı yayım avadanlığında batareyaların enerjisi zəiflədiyi üçün dəyişdirilməsi, internetin sürətində dəyişiklik olduqda, səslə bağlı qüsurlar yarandığı halda tənzimlənmənin aparılması ilə əlaqədar olur. Nəzərinizə çatdırırıq ki, dünən İTV-nin youtube kanalında Ramiz Novruzun vəfatı ilə bağlı 3 dəfə canlı yayım edilib.

Yeri gəlmişkən, sözügedən videoya reaksiya olaraq Mədəniyyət nazirliyindən bildirilib ki, qurumun 4 nümayəndəsi – nazirliyin Aparat rəhbəri Vüqar Məmmədov, Teatr sektorunun müdiri Könül Cəfərova, Musiqi sektorunun müdiri Vüqar Hümbətov, İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin məsul əməkdaşı Cəfər Həsənov dəfndə iştirak ediblər.
Eyni zamanda, Mədəniyyət Nazirliyi dəfnin təşkilində yardımçı olub”.

Bənzər yazılar

Back to top button