GündəmSiyasət

Avropa İttifaqının Laçın dəhlizi ətrafında vəziyyətə dair bəyanatı

Sentyabrın 6-da Avropa İttifaqı Nazirlər Komitəsinin 1473-cü iclasında iştirakçılar aşağıdakı bəyanatı qəbul ediblər:

1. Avropa İttifaqı Laçın dəhlizi boyunca hərəkətə məhdudiyyətlərin davam etməsi və Qarabağ ermənilərini əhatə edən ciddi humanitar və təhlükəsizliklə bağlı nəticələri böyük narahatlıqla izləyir.

2. Laçın dəhlizilə hərəkət demək olar ki, 9 ay ərzində çətinləşib və iyunun 15-dən arada tibbi evakuasiyalar istisna olmaqla, dəhliz demək olar ki, tamamilə bağlanıb. Nəticədə dərman və zəruri malların qıtlığı yaranıb və ya artıq tükənib ki, bu da yerli əhali üçün ağır nəticələrə səbəb olur.

3. Avropa İttifaqı Beynəlxalq Qırmızı Xaç Komitəsinin bölgədəki fəaliyyətinin ciddi şəkildə çətinləşməsindən təəssüflənir və humanitar yüklərin daşınması da daxil olmaqla, onun tam və sürətli bərpasına çağırır.

4. Avropa İttifaqı Laçın dəhlizində hər iki istiqamətdə hərəkət azadlığını və təhlükəsizliyini təmin etmək və böhranın 2020-ci il noyabr üçtərəfli bəyanatına, Avropa İnsan Hüquqları Məhkəməsinin 2022-ci il dekabr qərarına və Beynəlxalq Məhkəmənin 2023-cü ilin fevral qərarına uyğun olaraq daha da kəskinləşməməsini təmin etməklə bağlı 26 iyul çağırışını təkrarlayır.

5. Avropa İttifaqı Azərbaycan hakimiyyətinin məhsulları Ağdam şəhəri vasitəsilə göndərməyə hazır olduğunu nəzərə alıb. Avropa İttifaqı əmindir ki, Laçın dəhlizi əvvəlki sazişlərə və Beynəlxalq Məhkəmənin qərarına uyğun olaraq açılmalıdır.

6. Avropa İttifaqı son aylarda Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədlər boyunca artan gərginliyi yaxından izləyib. Demək olar ki, hər gün atışmalı insidentlər barədə məlumatlar daxil olub. Biz bütün tərəfləri gələcək hadisələrdən çəkinməyə və dialoqa qayıtmağa çağırırıq.

7.Yerlərdəki vəziyyəti müşahidə etmək və məlumatlandırmaq üçün Avropa İttifaqının Ermənistandakı missiyası beynəlxalq sərhədin erməni tərəfi boyunca patrul xidməti həyata keçirir. Missiyada məqsəd münaqişənin həllinə töhfə vermək və Ermənistanla Azərbaycan arasında inamı möhkəmləndirməkdir.

8. Avropa İttifaqı bütün əlaqədar tərəflər arasında təmkinliyə və dialoqa çağırışlarını təkrarlayır. Yerli mülki əhalinin rifahı naminə regionda davamlı sülhün və sabitliyin təmin edilməsi üçün Ermənistanla Azərbaycan arasında inamın bərpasından ötrü davamlı səylərə ehtiyac var. Bakı və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin nümayəndələri arasında dialoqun tezliklə qurulması, xüsusilə, regionda humanitar böhranın həlli, eləcə də Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi və digər məsələlər baxımından həlledici əhəmiyyət daşıyır.

9. Avropa İttifaqı qeyd edir ki, Avropa Şurasının insan hüquqları üzrə komissarı mövcud humanitar problemlərin aradan qaldırılmasına kömək etmək üçün bütün müvafiq həmsöhbətlərlə əməkdaşlıq etməyə hazırdır.

10. Avropa İttifaqı, əsasən Avropa Şurasının prezidenti Şarl Mişel Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinin dəstəklənməsində fəal iştirak edir.

11.15 iyul 2023-cü il tarixində prezident Mişelin təşkilatçılığı ilə Azərbaycan prezidenti Əliyev və Ermənistanın baş naziri Paşinyanın son üçtərəfli görüşündə iki ölkə lideri sülh prosesinə sadiq olduqlarını təsdiqləyiblər. Onlar digər ölkənin ərazi bütövlüyünə və suverenliyinə tam hörmətlərini və sərhədin delimitasiyası üçün siyasi əsas kimi 1991-ci il Almatı bəyannaməsinə birmənalı şəkildə sadiq olduqlarını təsdiqləyiblər. Sərhədin yekun delimitasiyası danışıqlar yolu ilə razılaşdırılmalıdır. Delimitasiyada gələcək mühüm irəliləyiş gərginliyin azaldılmasında, anlaşılmazlıqların və beynəlxalq sərhəddə insidentlərin qarşısının alınmasında mühüm amildir.

12. Sülh danışıqları və normallaşma üçün əlverişli mühit yaratmaqdan ötrü zorakılıq, təhdidlər, kəskin ritorika və dezinformasiyanın yayılmasına son qoyulmalıdır. Düzgün dialoqa sadiqliyin təsdiqlənməsi əvvəlki kimi aktual olaraq qalır. Bu, bütün tərəflərdən razılaşdırılmış nəticələr əldə etməkdən ötrü işləmək üçün həqiqi öhdəlik tələb edir. Humanitar məsələlər həll olunmalıdır və inamın bərpası üçün təcili konkret addımlar atılmalıdır.

13. Avropa İttifaqı əvvəlkitək Ermənistanla Azərbaycan arasında dialoqun təşviqinə və bölgədəki bütün insanların rifahı naminə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi səylərinin dəstəklənməsinə tam sadiqdir. Biz Ermənistanla Azərbaycan arasında münaqişənin nizamlanması üzrə son aylarda qazanılmış impulsu itirməməliyik. Danışıqları davam etdirmək vacibdir, sənəddə deyilir.(Turan)

Bənzər yazılar

Back to top button