Dünya

Qərb Rusiyaya qarşı iqtisadi sanksiyaları gücləndirir

Çərşənbə axşamı ABŞ Maliyyə Nazirliyinin yüksək vəzifəli məmuru bildirib ki, keçən il Rusiyanın büdcə kəsiri qismən əlaqələndirilmiş qlobal sanksiyalar səbəbindən 47 milyard dollar təşkil edib.

“Sadəcə dildə desək, Rusiya üçün Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsi və onun iqtisadiyyatına dəstək hər gün daha da çətinləşir”, -ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo deyib.

“Bu, postsovet dövründə Rusiyanın ikinci ən böyük çatışmazlığıdır. Rusiyanın ən savadlı, ən məhsuldar vətəndaşları getdi, bu da ölkənin iqtisadi potensialını kəskin şəkildə azaldacaq”, – o deyib.

Bundan bir neçə saat öncə G-7 üzvü olan ölkələrin xarici işlər nazirləri Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq ediləcəyini vəd ediblər. “Biz Rusiyaya, eləcə də Rusiya daxilində və xaricində beynəlxalq hüquq pozuntularına siyasi və ya iqtisadi dəstək verən fiziki və hüquqi şəxslərə əlavə iqtisadi xərclər tətbiq edəcəyik”, – G-7 nazirlərinin bəyanatında deyilir.

Adeyemonun sözlərinə görə, neftin qiymətinin birgə məhdudlaşdırılması Rusiya büdcəsinin aylıq gəlirlərinin bir il əvvələ nisbətən 46 faizdən çox düşməsinə səbəb olub. “Rusiya Maliyyə Nazirliyi kəsiri kompensasiya etmək üçün gündəlik xarici valyuta satışını üç dəfə artırmaq məcburiyyətində qalıb”, – o deyib.

“Rusiyada sənaye istehsalı ardıcıl 9 ay azalır və biz Kremlin sənaye bazasının məhv edilməsi üçün əlavə addımlar atmağı planlaşdırırıq”, -Adeyemo qeyd edib.(Turan)

Bənzər yazılar

Back to top button