Hadisə

İranda və Azərbaycanda zəlzələ

Saat 11:25-də Azərbaycan Milli Elmlər Akademiyası Seysmoloji Mərkəzi Lerikdə (İranla sərhəd) 3,1 maqnitudalı yeraltı təkanlar qeydə alıb. Episentr 28 kilometr dərinlikdə olub.

Saat 6:25-də isə İmişli rayonunda 3,6 maqnitudalı yeraltı təkanlar qeydə alınıb. Episentr 52 kilometr dərinlikdədir.

Qeyd edək ki, bundan bir neçə saat öncə İran ərazisində 5,1 maqnitudalı zəlzələ baş verib. Episentr Bəndər-Abbas limanının yaxınlığında olub. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

Bənzər yazılar

Back to top button