Siyasət

Britaniyalı nazir Doertinin Bakıda rəsmi şəxslərlə görüşləri

Çərşənbə günü Bakıda Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə naziri Leo Doerti və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun görüşü olub.

Doerti öz Tvitter hesabında qeyd edib ki, görüş zamanı regionda təhlükəsizlik məsələləri müzakirə edilib.

Bundan əlavə, Doerti ölkənin birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə görüşüb.

Səfər çərçivəsində Azərbaycan Dövlət Gömrük Komitəsilə əməkdaşlığa dair sənədlərin imzalanması, Böyük Britaniya və Azərbaycan arasında beynəlxalq avtomobil daşımaları ilə bağlı məsələlərin müzakirəsi gözlənilir.

Doertinin görüşləri davam edir.(Turan)

Bənzər yazılar

Back to top button