Cəmiyyət

AZAL Gəncədən Rusiyanın iki şəhərinə uçuşlara başlayır

“Azərbaycan Hava Yolları” Gəncədən Rusiyanın iki şəhərinə – Moskva və Sankt-Peterburqa uçuşlar üçün bilet satışına başlayıb. AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, reyslər hər həftə həyata keçiriləcək.

Aviaşirkətin Bakı – Moskva – Gəncə – Moskva – Bakı marşrutu üzrə ilk reysi martın 17-də həyata keçiriləcək. AZAL bu istiqamətdə həftədə üç dəfə – bazar ertəsi, cümə və şənbə günləri uçacaq.

Martın 19-dan etibarən isə aviaşirkət Bakı – Sankt-Peterburq – Gəncə – Sankt–Peterburq – Bakı istiqamətində həftədə bir dəfə – bazar günləri uçuşlara başlayacaq.

İyun ayından etibarən hər iki marşrut üzrə uçuş cədvəlinə daha bir reys əlavə edilərək, müvafiq olaraq çərşənbə və cümə axşamı günləri yerinə yetiriləcək, deyə aviaşirkətdə əlavə ediblər.

Bənzər yazılar

Back to top button