İdman

Axmaqlıqdır – 10 milyardı necə yığacağımızı düşünməliyik

“Napoli”nin prezidenti Aurelio De Laurentis Superliqa ideyasına münasibət bildirib.

Aut.az xəbər verir ki, Laurentis təşəbbüsü bəyənmədiyini deyib. O, Meksikanın TNT telekanalına açıqlamasında UEFA-nı da islahatlar aparmağa çağırıb:

“Superliqa böyük axmaqlıqdır, seçilmiş bir neçə komanda üçün turnir ola bilməz. Amma UEFA-nın formulası da çox köhnəlib və islahata ehtiyacı var.

UEFA ilə danışıqlar masası arxasına əyləşib, 10 milyard dolları necə yığacağımızı düşünməliyik. Problem ondadır ki, pul yoxdur, oyun isə çoxdur. Oyunçular klublara aiddir və onların zədələnmə riski var. Amma buna görə sizə heç kim pul vermir. Üstəlik, azarkeşlər də məhəl qoyulmur. Onlarsız isə futbol ölür”.

Bənzər yazılar

Back to top button