Siyasət

Fevralın 27-də Rusiyanın xarici işlər naziri Azərbaycana rəsmi səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 27-28-də Azərbaycanda səfərdə olacaq, respublika prezidenti İlham Əliyevlə görüşəcək, həmçinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparacaq. Bu barədə çərşənbə günü brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Səfər Moskva və Bakı arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalanmasının ildönümünə təsadüf edir. “Prezident İlham Əliyevlə görüş, həmçinin xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar gözlənilir.

Bakıda dialoq zamanı ikitərəfli münasibətlərə dair məsələlərin bütün kompleksinə, aktual regional və beynəlxalq problemlərə baxılması nəzərdə tutulur, Rusiya, Azərbaycan, Ermənistan liderlərinin 9 noyabr 2020 – ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, həmçinin 31 oktyabr 2022-ci il tarixli üçtərəfli razılaşmalarının reallaşmasının gedişinə xüsusi diqqət yetiriləcək”, – TASS Zaxarovadan sitat gətirib.

Səfər çərçivəsində Lavrov Azərbaycan-Rusiya Ekspert Şurasının iclasında iştirak edəcək.(Turan)

Bənzər yazılar

Back to top button