Cəmiyyət

Polad Həşimovun anası Bəxtiyar Hacıyevlə bağlı çağırış etdi – Video

“Bir ana üçün övladını itirmək dözülməzdir. Polad Həşimovun anası kimi mən istəyərəm ki, mən çəkəni heç bir ana çəkməsin”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri Şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevlə bağlı müraciətində deyib.

“Mən çəkən ağrıdan Bəxtiyar Hacıyevin anası çəkməsin. Azərbaycanda bütün aidiyyəti qurumlardan xahiş edirəm. Gücü çatanlardan xahiş edirəm. Bəxtiyar Hacıyevin bu ağır durumda azadlığa buraxılmasını istəyirəm. Bir ana kimi müraciət edirəm ki, Bəxtiyar Hacıyev azadlığa buraxılsın. Biz çox itkilər vermişik, gənc balamızı itirməyək, – deyə S. Həşimova bildirib.

Qeyd edək ki, B. Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs olunub. İctimai fəal artıq b ir müddətdir quru aclığa başlayıb. Yayılan son məlumatda onun vəziyyətinin kəskin ağırlaşdığı bildirilib.

Bənzər yazılar

Back to top button