İdman

Şeydayev: “Yenə penalti olsa, yerinə yetirməyə tam hazıram”

“Qarabağ”ın hücumçusu Ramil Şeydayev Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Belçikanın “Gent” komandasına qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, o, dünən Gentdə keçirilən mətbuat konfransında bunları söyləyib:

“Maraqlı matç olacaq. Biz üstünlüklə gəlmişik. Rəqib Bakıdakı kimi qapalı oynamayacaq. Bu da qarşılşmanın daha da maraqlı olacağından xəbər verir.

Ümid edirəm ki, mərhələ keçən tərəf biz olacağıq. Bakıda penaltini vura bilməsəm də, indi yenə belə imkan olsa, yerinə yetirməyə tam hazıram. Psixoloji cəhətdən heç bir problemim yoxdur. Bakıda dediyim kimi, bir qol borcluyam.

Başqa klublarla danışıq aparmağım haqda söhbətlər yalandır. Bu haqda ümumiyyətlə, düşünmürəm. İndi bütün fikrim komandamda və növbəti oyunlarımızdadır”.

Bənzər yazılar

Back to top button