İdman

“Qarabağ”ın futbolçusu iki xarici klubun hədəfində – DETALLAR

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev karyerasının ölkə xaricində davam etdirə bilər.

Aut.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Superliqa təmsilçisi “Antalyaspor” 22 yaşlı müdafiəçiyə maraq göstərir. Qardaş ölkə təmsilçisi artıq millimizin 22 yaşlı üzvünə təklif də göndərib.

“Antalyaspor”un baş məşqçisi Nuri Şahinin şəxsən Elvninin keçidində maraqlı olduğu deyilir. Mövsüm bitəndən sonra “Antalyaspor” Cəfərquliyevin keçidiylə bağlı “Qarabağ”la danışıqlara başlayacaq.

Belçika mətbuatı da futbolçuyla bağlı daha bir iddia yayıb. Bildirilib ki, “Anderlext” yayda bir neçə mövqeyə lazımı transferlər etməyi planlaşdırır. Klubun maraqlandığı futbolçular sırasında millimizin üzvü də var. Brüssel təmsilçisinin idman direktoru Jesper Fredberq 22 yaşlı müdafiəçininin daha yaxından izlənilməsi üçün “Qarabağ”ın Konfrans Liqasında “Gent”ə qarşı bu gün keçiriləcək cavab matçına skaut göndərməyi planlaşdırır. Brüssel təmsilçisinin Elvini daha yaxından görməsi üçün bu qarşılaşmanın ideal fürsət olduğu vurğulanıb.

Qeyd edək ki, Elvin Cəfərquliyevin Ağdam təmsilçisi ilə mövcud müqaviləsinin müddəti 2026-cı ilə qədərdir. O, bu mövsüm meydana çıxdığı 32 oyunda 2 qol vurub, 6 qolun ötürməsini verib.

Bənzər yazılar

Back to top button