İqtisadiyyat

Azərbaycan və Böyük Britaniya beynəlxalq avtomobil daşımaları haqqında Saziş imzalayıb

Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı hökumətləri arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş imzalanıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev öz “Twitter” hesabında yazıb.

Nazir Azərbaycanda səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti ilə görüşüb.

O qeyd edib ki, saziş iki ölkə arasında qarşılıqlı ticarətin artımı üçün yüklərin rəvan hərəkətinə əlverişli şərait yaradacaq.

Bənzər yazılar

Back to top button