Gündəm

Qırmızı Xaç Komitəsinin maşınları ilə 43 nəfər Qarabağdan Ermənistana və əks istiqamətdə aparılıb

Cümə axşamı Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 24 nəfər Qarabağdan Ermənistana aparılıb. Komitə 19 nəfəri isə Errmənistandan Qarabağa gətirib. Bu barədə Qırmızı Xaç Komitəsinin Ermənistandakı ofisi məlumat yayıb.

Elə bu gün Laçın yolundan hər iki istiqamətdə Rusiya sülhməramlılarının 20-dən çox yük və minik avtomobili keçib.

Bu arada, Şuşa şəhəri yaxınlığında Laçın yolunda Azərbaycanın Qarabağ ərazisi üzərində suverenliyinin bərpa edilməsini və regionun qızıl mədənlərində qanunsuz fəaliyyətə son qoyulmasını tələb edən Azərbaycan vətəndaş fəallarının aksiyası 74 gündür davam edir.

BMT Beynəlxalq Məhkəməsinin dünənki qərarı aksiyanın keçirilməsinə hər hansı təsir göstərməyib.(Turan)

Bənzər yazılar

Back to top button