GündəmHadisə

Məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini iki ay uzadıb

Fevralın 23-də Bakının Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin həbs müddətini iki ay – aprelin 28-nə qədər uzadıb. Qərarı hakim Rəfael Sadıqov istintaqın təqdimatı əsasında qəbul edib.

Bir müddət əvvəl müstəntiq Bəxtiyar Hacıyevə baş çəkib və fəal və təhqirə görə onu məhkəməyə verən qadın arasında telefon danışığının ekspertizasını keçirmək zərurəti olduğunu qeyd edib.

Vəkil Şəhla Hümbətova istintaqın dəlillərini əsassız adlandırıb və etirazını bildirib.(Turan)

Bənzər yazılar

Back to top button