İdman

“Liverpul”un Klopp qərarı

“Liverpul” komandanın uğursuz nəticələrinə baxmayaraq, baş məşqçi Yurgen Kloppu qovmaq niyyətində deyil.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi 55 yaşlı mütəxəssisi dəstəkləyir.

“Liverpul” rəhbərliyi və Klopp artıq yay transfer pəncərəsi üçün planlar hazırlayırlar. Klubun yay üçün əsas hədəfi Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Cud Bellinqemi almaq olacaq. Qısa transfer siyahısında “Vulverhempton”dan Mateus Nunes də var. Həmçinin “Liverpul” hələ də “Çelsi” ilə yeni müqavilə imzalamağa razı olmayan Meyson Maunta maraq göstərir.

“Liverpul” yarımmüdafiə xəttini təkmilləşdirməli və müdafiəni gücləndirməli olduğunu başa düşür. Klub yoluna Kloppla davam etmək istəyir və transferlərlə ona dəstək olmaq niyyətindədir.

Qeyd edək ki, “Liverpul” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 35 xalla 8-cidir. Komanda Çempionlar Liqasında da mübarizəni davam etdirir. “Mersisaydlılar” 1/8 finalın ilk oyununda evdə “Real”a 2:5 hesabı ilə uduzublar. Bu komandalar arasında caab oyunu martın 15-də Madriddə olacaq.

Bənzər yazılar

Back to top button