GündəmSiyasət

Arayik təsdiq edir ki, o, Vardanyanın tayıdır

Qarabağ Azərbaycanla dialoqa hazırdır, lakin o, müstəqillikdən əl çəkməyəcək və Azərbaycanın bir hissəsi olmayacaq. Bu bəyanatları fevralın 23-də axşam Qarabağın “prezidenti” Arayik Arutyunyan verib.

Blokada aradan qaldırılmalı, Qarabağın Ermənistanla maneəsiz və qeyri-məhdud əlaqəsi olmalıdır, həyati əhəmiyyət kəsb edən infrastrukturların fasiləsiz işləməsinə təminat verilməli, elektrik və qaz təchizatı tam bərpa edilməlidir, deyə Arutyunyan bildirib.

Bakı ilə dialoq beynəlxalq hüququn qarşılıqlı məqbul prinsip və normalarına əsaslanan beynəlxalq format çərçivəsində baş tuta bilər.

“BMT strukturlarının Artsaxda olmasını təmin etmək lazımdır. Rusiya sülhməramlılarının effektivliyinin artırılması da daxil olmaqla, beynəlxalq təhlükəsizlik zəmanətləri təmin edilməli, güc tətbiqini və ya onun tətbiqi təhlükəsini istisna edilməlidir.

Artsax xalqının öz müqəddəratını təyin etmək hüququ müzakirə edilmir. Artsax heç vaxt öz suverenliyindən əl çəkməyəcək və Azərbaycanla inteqrasiyadan söhbət gedə bilməz.

Ona görəki bu, Azərbaycan tərəfindən Artsax xalqının etnik təmizlənməsinə gətirib çıxaracaq”, – deyə Arutyunyan bildirib.(Turan)

Bənzər yazılar

Back to top button