İqtisadiyyat

Ölkəyə daxil olan valyuta çıxanı üstələyib – 2,4 milyardlıq müsbət saldo yaranıb

2021-ci ilin 9 ayında tədiyə balansının ümumi saldosu 2 milyard 437 milyon dollar təşkil edib. Mərkəzi Bankın yaydığı məlumata görə, 2021-ci ilin 9 ayında tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası və qeyri-neft ixracının əhəmiyyətli artımından təsirlənib. Cari əməliyyatlar balansında 3.9 milyard dollarlıq profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 1.5 milyard dollarlıq kəsir yaranıb, ehtiyat aktivləri 2.4 milyard dollar artmışdır.

Qeyd edilib ki, bu dövrdə xam neftin orta qiyməti 62 dollar/barel olub, qeyri-neft ixracı isə 38% artaraq 1.7 milyard dollar səviyyəsində formalaşıb.

2021-ci ilin 9 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 3.9 milyard və ya ÜDM-in 10.7%- ni təşkil edib (2020-cu ilin 9 ayı üzrə 2.08.3 milyard dollar kəsir olmuşdu). Neft-qaz sektoru üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2.1 dəfə artaraq 8.2 milyard dollar, qeyri-neft sektoru üzrə cari əməliyyatlar hesabının kəsiri isə 1.5% artaraq 4.3 milyard dollar məbləğində olmuşdu. (Marja)

Bənzər yazılar

Back to top button